Fərid Qayıbov xaricdə yaşayan azərbaycanəsilli idmançılarla görüşlər keçirib
Gənclər və idman naziri Fərid Qayıbov xaricdə yaşayan azərbaycanəsilli idmançılarla görüşlər keçirib.
"Report" xəbər verir ki, Tokio və Parisdə Yay Olimpiya Oyunlarının gümüş medallarını qazanmış güləşçi, hazırda Ukraynanı təmsil edən Pərviz Nəsibov görüş zamanı gələcək karyerası barədə məlumat verib.
ABŞ-da peşəkar boksla məşğul olmuş Rüfət Bakı (İsrafilbəyov) Vətəndən uzaqda yaşamasına və döyüşməsinə baxmayaraq, Azərbaycan bayrağını uca tutub və özünə Bakı ləqəbini seçib. Qeyd edək ki, Rüfət Bakı karyerası boyunca keçirdiyi 24 döyüşün 22-də qalib gəlib.
Nazir Fərid Qayıbov hər iki idmançının beynəlxalq arenalarda qazandıqları uğurları yüksək dəyərləndirib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Oxşar xəbərlər
Fərid Qayıbov ötən ay beynəlxalq yarışlarda uğurla çıxış etmiş idmançılarla görüşüb
Fərid Qayıbov Estoniyaya səfər edib
Nazir III MDB Oyunları ilə bağlı Yevlax Olimpiya İdman Kompleksinə baxış keçirib
Gənclər və idman naziri Bərdə və Yevlaxdakı idman obyektlərinə baxış keçirib
Fərid Qayıbov moto klubların fəaliyyəti ilə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











