Fərid Qayıbov moto klubların fəaliyyəti ilə tanış olub
sizinxeber.az xəbər saytı

Fərid Qayıbov moto klubların fəaliyyəti ilə tanış olub


İyulun 29-da gənclər və idman naziri Fərid Qayıbov “Moto X Club”ın fəaliyyəti ilə tanış olub.

"Sizinxeber.az" xəbər verir ki, nazir klubda Azərbaycan Motosiklet İdman Federasiyasının prezidenti Fuad Bağırov, birinci vitse-prezident Sabir Babayev, vitse-prezident Emil Quliyev və baş katib Azər Əliyevlə fikir mübadiləsi aparıb.

Görüş çərçivəsində ölkədə motosiklet idmanının inkişafı, gənc idmançıların hazırlanması və federasiya ilə gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Daha sonra klubun nəzdində fəaliyyət göstərən peşəkar moto-məktəb, moto-təmir servisi, moto-salon, təlim-məşq meydanı və xüsusi “Motocross” parkı ilə tanışlıq olub. Fərid Qayıbov həmçinin “MXC Queens” qadın moto klubunun idmançıları ilə söhbət edib, onların bu sahədə fəallığının artırılmasının önəmini vurğulayıb.

Oxşar xəbərlər

Fərid Qayıbov Avropa Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb
Fərid Qayıbov Avropa Ağırlıqqaldırma Federasiyasının prezidentini qəbul edib
Nazir III MDB Oyunları ilə bağlı Yevlax Olimpiya İdman Kompleksinə baxış keçirib
Fərid Qayıbov Estoniyaya səfər edib
Fərid Qayıbov Dünya Badminton Federasiyasının İnkişaf direktoru ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər