Azərbaycanın daha bir boksçusu Avropa birinciliyində medal qazanıb
sizinxeber.az xəbər saytı

Azərbaycanın daha bir boksçusu Avropa birinciliyində medal qazanıb


Azərbaycanın daha bir boksçusu Serbiyanın Novi Pazar şəhərində yeniyetmələr arasında keçirilən Avropa birinciliyində medal qazanıb.

"Sizinxeber.az" Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Səfdər Məmmədzadə (+80 kq) finalda rusiyalı Boqdan Smolkinə ldöyüşüb.

Görüş rəqibin 3:2 (26:30, 28*:28, 28*:28, 26:30, 29:27) hesablı qələbəsi ilə yekunlaşdığından boksçumuz gümüş medalla kifayətlənib.

Bununla da yığmamız Avropa birinciliyini 1 qızıl, 4 gümüş və 8 bürünc medalla başa vurub. Milli bu göstərici ilə komanda hesabında 3-cü yeri tutub.

Qeyd edək ki, daha öncə Əminə Tağı (50 kq) Avropa çempionu tituluna yiyələnib. Cəmilə Muradlı (52 kq), Fidan Bakarova (63 kq), Səma Abbasova (66 kq) gümüş, Qardaş Rəhimov (46 kq), Məhəmməd Rəsulov (50 kq), Raul Heydərli (54 kq), Şahin Aslanov (60 kq), Haqverdi Həsənov (63 kq), Aylin Nəzərova (46 kq), Gülər Hüseynova (48 kq) və Zəhra Məmmədova (54 kq) bürünc medal qazanıblar.

Oxşar xəbərlər

Azərbaycan boksçusu erməni rəqibinə qalib gələrək Avropa çempionu olub
Azərbaycan boksçusu erməni rəqibini məğlub edərək Avropa çempionu olub
Avropa birinciliyi: Azərbaycanın 4 boksçusu finala, 6-sı yarımfinala yüksəlib
Azərbaycanın boks millisi Gimnaziadada komanda hesabında birinci olub
Azərbaycan boksçusu dünya birinciliyində gümüş medal qazanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər