Paris-2024: Sena çayında suyun çirkli olmasına görə məşq ləğv edilib
Paris olimpiadasında triatlonçuların bazar ertəsinə planlaşdırılan yarışı öncəsi ikinci üzgüçülük məşqi ləğv edilib.
"Sizinxeber.az"un yarışın Təşkilat Komitəsinin mətbuat xidmətinə istinadən məlumatına görə, buna səbəb Sena çayında suyun keyfiyyətinin qənaətbəxş olmamasıdır.
Olimpiadanın Təşkilat Komitəsi, Beynəlxalq Triatlon Federasiyası və yerli hakimiyyət orqanları suyun keyfiyyətinə kifayət qədər zəmanət vermədiyi üçün triatlon yarışının üzgüçülük hissəsinin ləğv edilməsi barədə qərar qəbul olunub.
Qeyd edək ki, çirklilik səviyyəsi yüksək olduğuna görə 1923-cü ildən çimməyin qadağan edildiyi Sena çayında bu il bəzi yarışlar keçirilir. Paris-2024 avqustun 11-də başa çatacaq.
Oxşar xəbərlər
Paris-2024: Triatlonçuların üzgüçülük məşqləri Senadakı çirkli su səbəbindən ləğv edilib
KİV: Sena çayının çirkli olması olimpiya iştirakçıları üçün təhlükə yaradır
Fransalı siyasətçi: Senanın təmizlənməsinə ayrılmış 1,4 milyard avroluq vəsait boşuna xərclənib
Bu gün Paris olimpiadasının açılış mərasimi keçiriləcək
FIFA Paris olimpiadasındakı oyunla bağlı araşdırmaya başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













