Sizinxeber.az » İdman » Fərdi » Azərbaycanın üç yunan-Roma güləşçisi U-15 Avropa çempionatının finalına yüksəlib

Azərbaycanın üç yunan-Roma güləşçisi U-15 Avropa çempionatının finalına yüksəlib

Azərbaycanın üç yunan-Roma güləşçisi İtaliyanın Kaorle şəhərində keçirilən U-15 Avropa çempionatının finalına yüksəlib.

Bu barədə "Sizinxeber.az"a federasiyanın Mətbuat xidmətindən məlumat verilib.

Qitə birinciliyinin üçüncü günündə milli komandanın 13 üzvü mübarizə aparıb.

38 kq

Hüseyn Əmrahlı italiyalı Nikola Sedikinaya (9:0), belaruslu Qleb Semianenkaya (3:1) və ermənistanlı Vardan Melkonyana (4:2) qalib gələrək finala yüksəlib. Bu çəkidəki digər təmsilçimiz Xudayar Kərimli polşalı Kasper Bieleviçə (11:0) və bolqarıstanlı İvan Aleksandrova (10:0) qalib gəlsə də, 1/4 finalda rusiyalı Arsan Aliyevə (0:9) məğlub olub. Xudayar təsəlliverici görüşə çıxacaq.

41 kq

Rahib Əhmədov slovakiyalı Andrey Posvanka (10:0), rumıniyalı Ayan İstfana (11:0) və polşalı Matvey Bezrukyiyə (9:0) qalib gələrək yarımfinala yüksəlib. O, yarımfinalda rusiyalı Soltan Yusupova (2:11) məğlub olduğu üçün bürünc medal uğrunda güləşəcək.

44 kq

Ömər Salmanov türkiyəli Mustafa Güvənə (8:0), litvalı Orestas Stakenasa (8:0) və rusiyalı Denis Sisikinə (10:1) qalib gələrək finala yüksəlib.

48 kq

Vəkil Bəşirov təsnifat mərhələsində yunanıstanlı Nikolaos Zinisaya “tuş”la məğlub olub. Rəqib finala yüksəldiyi üçün Vəkil təsəlliverici görüşə çıxacaq.

52 kq

Hüseyn Mustafazadə polşalı Stanislav Zoltovskiyə (7:1), türkiyəli Mehmet Kayana (13:4) və polşalı Yakub Skiuolkerə (5:3) qalib gələrək yarımfinala yüksəlib. O, yarımfinalda gürcüstanlı Qabriel Tavberidzeyə (4:13) məğlub olduğu üçün bürünc medal uğrunda güləşəcək. Onun çəki yoldaşı Qurban Məcnunov 1/8 finalda rumıniyalı Andrey Peleana 3:4 hesabıyla məğlub olub.

57 kq

İbrahim Məmmədzadə moldovalı Artyom Popeskuya (9:0) qalib gəlsə də, 1/8 finalda ukraynalı Oleksandr Venetsə (3:13) məğlub olub.

62 kq

Nadir Həsənov rusiyalı Adam Yaşurkayevə (4:3), moldovalı Maksim Deliuya (9:1) və türkiyəli Süleyman Şahinola (7:1) qalib gələrək yarımfinala yüksəlib. O, yarımfinalda ermənistanlı Pavel Nazaryana (1:10) məğlub olduğu üçün bürünc medal uğrunda güləşəcək.

68 kq

Əli Məmmədov fransalı Nika Namoyevə (8:0) və gürcüstanlı Daviti Mxeidzeyə (9:1) qalib gəlsə də, 1/4 finalda rusiyalı Yuri Ronjinə (0:7) məğlub olub.

75 kq

Ruslan Nuriyev gürcüstanlı Mixeil Beridzeyə (3:1), türkiyəli Mehmet Yıldıza (2:0) və rusiyalı Aşot Qaloyana (3:2) qalib gələrək finala yüksəlib.

85 kq

Zöhrab Səfərov macarıstanlı Zombor Simona (9:0) və rusiyalı Aleksandr Karpekinə (10:8) qalib gəlsə də, 1/4 finalda belaruslu Dmitri Kiselə (UWW) “tuş”la məğlub olub. Zöhrab təsəlliverici görüşə çıxacaq. Onunla eyni çəkidə yer alan Məhəmməd Orucov ilk mərhələdə polşalı Lusyan Popeçkiyə “tuş”la məğlub olub.

Təsəlliverici və medallar uğrunda görüşlər sabah keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !