UFC prezidenti: "Azərbaycandan çox gözəl hisslərlə qayıdacağam"
Mütləq Döyüş Çempionatının (UFC) prezidenti Deyna Uayt Bakıda keçirilmiş turnirlə bağlı fikirlərini bölüşüb.
"Report"un məlumatına görə, o, mətbuat konfransında sualları cavablandırıb.
UFC prezidenti yarışda 14 mindən çox tamaşaçı olduğunu söyləyib:
"Bakı mükəmməldir. Şəhər çox gözəldir. İnsanlar qonaqpərvərdirlər. Həyat yoldaşımla bura barədə danışmışam. Azərbaycandan çox gözəl hisslərlə qayıdacağam".
Qeyd edək ki, gecənin əsas döyüşündə Halil Rountri Camal Hilli məğlub edib.
Azərbaycan idmançılarından Nazim Sadıxov braziliyalı Nikolas Mottaya, Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondesə qalib gəlib. Tofiq Musayev isə Qırğızıstandan olan Mıktıbek Orolbai ilə dueldən məğlub ayrılıb.
Oxşar xəbərlər
Tofiq Musayev UFC turnirində məğlub olub
Bakıdakı UFC turniri başa çatıb, gecənin əsas döyüşündə qalib bəlli olub
Bakıdakı UFC turnirində əsas döyüşlər başlayıb, tacikistanlı idmançı qələbə qazanıb
Bu gün Bakıda ilk dəfə UFC turniri keçiriləcək
Bakıda UFC turnirinə start verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək
