"Formula 1": Şarl Lekler ardıcıl dördüncü dəfə Bakıda sıralama turunda lider olub - YENİLƏNİB - 3
"Ferrari" pilotu Şarl Lekler ardıcıl dördüncü dəfə Bakıda keçirilən Azərbaycan Qran-prisində sıralama turunu birinci pillədə başa vurub.
"Sizinxeber.az"un məlumatına görə, 26 yaşlı sürücü üçüncü sessiyada yenidən lider olub.
"McLaren"dən Oskar Piastri ikinci, Leklerin komanda yoldaşı Karlos Sayns üçüncü yeri tutub.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq. Ş. Lekler 2021, 2022 və 2023-cü illərdə də Bakıdakı sıralama turunda da ilk mövqedə qərarlaşıb.
Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinin sıralama turunda "Red Bull" pilotu Maks Ferstappen liderliyi ələ keçirib.
"Sizinxeber.az"un məlumatına görə, bu, ikinci sessiyadan sonra baş verib.
11-15-ci sıralardakı daha beş sürücü mübarizəni dayandırıb.
Bunlar Oliver Berman ("Haas"), Yuki Tsunoda (RB), Pyer Qasli ("Alpin"), Niko Hulkenberq ("Haas") və Lans Strolldur ("Aston Martin")
Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinin sıralama turunda "Ferrari" pilotu Şarl Lekler hazırda liderdir.
"Sizinxeber.az"un məlumatına görə, birinci sessiyadan sonra beş sürücü mübarizəni dayandırmalı olub.
Bunlar 16-cı sıradakı Daniel Rikkardo (RB), 17-ci Lando Norris ( "McLaren"), 18-ci pillədəki Valtteri Bottas, 19-cu Çjou Quanyu (hər ikisi "Kick Sauber") və sonuncu yerdəki Esteban Okondur ("Alpin").
Həmin pilotlar növbəti sessiyaya qatılmayacaqlar.
Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində sıralama turu başlayıb.
"Sizinxeber.az"un məlumatına görə, mübarizəyə saat 16:00-da start verilib.
Ötən gün ilk test yürüşündə "Red Bull" sürücüsü Maks Ferstappen, ikinci sınaq yürüşündə isə "Ferrari" pilotu Şarl Lekler birinci olub.
Bu gün üçüncü sərbəst yürüşdə "Mercedes"dən Corc Rassell ən yaxşı nəticə göstərib.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.
Foto: Məhəmməd Ağayev
Oxşar xəbərlər
"Formula 1": Lekler Bakıdakı sıralama turunda liderdir, beş pilot mübarizəni dayandırıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Formula 1": Bakıda səkkizinci yarış bu gün start götürür [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Formula 1": Azərbaycan Qran-prisində sıralama turu başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Qran-prisi: "Formula 1"də ikinci sərbəst yürüş yekunlaşıb, Lekler birinci olub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Qran-prisi: "Formula 1"də üçüncü sərbəst yürüş başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?












