Azərbaycan Qran-prisi: "Formula 1"də ikinci sərbəst yürüş yekunlaşıb, Lekler birinci olub - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Azərbaycan Qran-prisi: "Formula 1"də ikinci sərbəst yürüş yekunlaşıb, Lekler birinci olub - YENİLƏNİB


Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci sərbəst yürüş başa çatıb.

"Report"un məlumatına görə, "Ferrari" pilotu Şarl Lekler ən yaxşı nəticəni göstərib.

"Red Bull"dan Serxio Peres ikinci, "Mercedes"dən Lyuis Hemilton üçüncü olub.

İlk test yürüşündə "Red Bull" pilotu Maks Ferstappen birinci yeri tutub.

"Formula 2"də sərbəst yürüşdə "Van Amersfoort Racing"dən Entso Fittipaldi, sıralama turunda isə "Trident" komandasından Rixard Versxor fərqləniblər.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.

17:00

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci sərbəst yürüş başlayıb.

"Report"un məlumatına görə, mübarizəyə saat 17:00-da start verilib.

İlk test yürüşündə "Red Bull" pilotu Maks Ferstappen ən yaxşı nəticəni göstərib.

"Formula 2"də sərbəst yürüşdə "Van Amersfoort Racing"dən Entso Fittipaldi, sıralama turunda isə "Trident" komandasından Rixard Versxor birinci olublar.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.

Oxşar xəbərlər

Azərbaycan Qran-prisi: "Formula 1"də ikinci sərbəst yürüş başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Formula 2": Sıralama turunu birinci pillədə başa vuran pilot bəlli olub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Formula 2": Bakıdakı yarışda sıralama turu start götürüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Qran-prisi: "Formula 1"də birinci sərbəst yürüş başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Formula 1": Bakıda səkkizinci yarış bu gün start götürür [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər