La Liqa: ABŞ-də keçiriləcək "Vilyarreal" - "Barselona" matçı ləğv edildi
sizinxeber.az xəbər saytı

La Liqa: ABŞ-də keçiriləcək "Vilyarreal" - "Barselona" matçı ləğv edildi


La Liqa dekabrın 20-də Mayamidə keçiriləcək 17-ci turun "Vilyarreal" - "Barselona" matçının ləğv edildiyini açıqlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə çempionatın sosial media səhifəsində məlumat yayılıb.

"La Liqa İspaniya futbolunun beynəlmiləlləşməsi üçün tarixi və unikal fürsəti təmsil edən bu layihənin həyata keçirilə bilməyəcəyinə görə çox təəssüflənir. Sərhədlərimizdən kənarda rəsmi matça ev sahibliyi etmək çempionatımızın qlobal genişlənməsi, klubların beynəlxalq mövcudluğunun gücləndirilməsi və İspaniya futbol brendinin strateji bazarda güclənməsi üçün həlledici addım olardı", - La Liqanın bəyanatında deyilir.

Qeyd edək ki, planlaşdırılan matç "Real Madrid" başda olmaqla La Liqanın digər klublarının ciddi etirazlarına səbəb olub. Digər tərəfdən, Mayamidəki matçın təşkilatçıları da tədbirə lazımi səviyyədə hazırlaşmaq üçün vaxtlarının olmadığını bildiriblər.

Oxşar xəbərlər

La Liqa: “Barselona” “Vilyarreal”ı darmadağın edib
La Liqa rəhbərliyi "Barselona" - "Atletiko" matçının ABŞ-də keçirilməsindən imtina edib
“Vilyarreal” “Barselona”nı 5 qolla məğlub edib
La Liqa "Barselona"nın iki futbolçusuna lisenziya verməyib
“Barselona” növbəti dəfə La Liqa çempionu olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər