Son dörd ayda Azərbaycanda 15 mindən çox şəxsə əlillik təyin olunub
sizinxeber.az xəbər saytı

Son dörd ayda Azərbaycanda 15 mindən çox şəxsə əlillik təyin olunub


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-aprel ayları ərzində 15,9 min şəxsə əlillik təyin edilib.

Nazirlikdən "Sizinxeber.az"a verilən məlumata görə, onlardan 7,1 min şəxsə ilkin, 8,8 min şəxsə isə təkrar əlillik təyinatı aparılıb.

Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.

Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.

Oxşar xəbərlər

Ötən 7 ayda 32,6 min şəxsə əlillik təyin edilib
Bu ilin dörd ayında 17 mindən çox şəxsə əlillik təyin olunub
Son səkkiz ayda 32,5 min şəxsə əlillik təyin edilib
Bu ilin ötən dövründə 29 minə yaxın şəxsə əlillik təyin olunub
36,4 min şəxsə əlillik təyin olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər