Biləsuvarda 2 gənc bıçaqlandı: saxlanılan var
sizinxeber.az xəbər saytı

Biləsuvarda 2 gənc bıçaqlandı: saxlanılan var


Biləsuvarda iki gənc bıçaqlanıb, birinin vəziyyəti ağırdır.

Axar.az xəbər verir ki, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb.

Belə ki, Biləsuvar şəhər sakinləri – 2003-cü il təvəllüdlü Kənan Ramil oğlu Rəhimli və 2006-cı il təvəllüdlü Tərlan Niyaməddin oğlu Şahbazov bıçaqlanıblar.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar. Boğaz nahiyəsindən ağır bıçaq xəsarəti alan K.Rəhimli dərhal reanimasiya şöbəsinə yerləşdirilərək əməliyyata götürülüb.

Əməli törətməkdə şübhəli bilinən 24 yaşlı Səyyad Qəmbəri polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Biləsuvarda iki nəfəri bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
Biləsuvarda iki gənc bıçaqlanıb
Biləsuvarda 19 yaşlı gənc mikroavtobusda bıçaqlanıb
Biləsuvarda qanlı hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
Biləsuvarda minik avtomobili aşıb, xəsarət alanlar var 

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər