Cərimə ilə yanaşı, alternativ cəza da tətbiq oluna bilər
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilib.
Axar.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.
Yeni qanunla dövlət büdcəsinə aid vəsaitlərdən təyinatı üzrə istifadə edilməməsinə görə cərimələrin tutulması qaydası dəyişib.
Belə ki, dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə cinayətinin predmeti olan vəsaitin əhatə dairəsi genişləndirilərək dövlətə məxsus olan hüquqi şəxslərin vəsaiti də maddənin təsir dairəsinə salınıb.
Dəyişiklikdən öncə sanksiyasında cərimənin məbləği konkret aralıqda - 9 min manatdan 13 min manatadək nəzərdə tutulduğu halda, yeni qanuna görə "cinayətin predmetinin dəyərinin (təyinatından kənar istifadə olunan vəsaitin) yüz faizi miqdarında" müəyyən edilib. Bu dəyişikliklə cərimənin miqdarı birbaşa vurulan zərərlə əlaqələndirilib.
Eyni zamanda, külli miqdarda törədilən əməllərə görə alternativ cəza növü kimi üç ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzası da əlavə edilib.
Sənədə görə, müvafiq əməlləri ilk dəfə törətmiş şəxs vurduğu ziyanı tam ödədikdə məsuliyyətdən azad olunacaq.
Oxşar xəbərlər
Dövlət vəsaitlərindən təyinatı üzrə istifadə edilməməsi haqda cəzalara dəyişiklik son oxunuşda qəbul edilib
Dövlət vəsaitlərindən təyinatı üzrə istifadəyə görə cəzalara dəyişikliklər I oxunuşda qəbul edilib
Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği kəskin artırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
