NFC ödənişi zamanı hesabdan silinmənin gecikməsi... - Rəsmi
NFC ödənişləri zamanı bəzi hallarda vəsait bank kartlarından dərhal deyil, müəyyən gecikmə ilə tutula bilər. Bu, ictimai nəqliyyatda tətbiq olunan gecikdirilmiş avtorizasiya prinsipi ilə bağlıdır.
Sizinxeber.Az xəbər verir ki, bu barədə "K Group" MMC ("BakıKart"), "Bakı Metropoliteni" QSC və "BakuBus" MMC-nin birgə açıqlamasında bildirilir.
"Bu səbəbdən edilən gedişlər üzrə ödənişlər kartlardan dərhal deyil, müəyyən zaman intervalı ilə çıxılır və bəzi hallarda istifadəçilərə ardıcıl və ya təkrarlanan çıxılma kimi görünə bilər. Əslində isə hər bir gediş ayrıca və düzgün şəkildə emal olunur.
Hazırda müşahidə olunan "ardıcıl vəsait çıxılması" halları 24, 25, 26 və 27 aprel tarixlərində həyata keçirilmiş gedişlərə görə ödənişlərin gecikmə ilə emal olunması ilə bağlıdır. Yəni kartdan hazırda çıxılan məbləğlər cari günə aid deyil, qeyd olunan tarixlərdə istifadə olunmuş gedişlərə aiddir.
Bu kimi hallarla qarşılaşan sərnişinlərə bank kartlarının əməliyyat tarixçəsini yoxlamaları tövsiyə olunur.
Sistem yalnız faktiki istifadə olunan gedişlər üzrə vəsait tutur və heç bir halda əlavə və ya artıq məbləğin silinməsi baş vermir.
Layihənin operatoru "BakıKart"dır. Mövzu ilə bağlı suallar yarandığı təqdirdə "BakıKart"a birbaşa müraciət edə bilərsiniz. Operativ araşdırma aparılaraq əlavə məlumat təqdim olunacaq", - deyə açıqlamada qeyd olunub.
Oxşar xəbərlər
"Bakı kart"ın mobil tətbiqinin fəaliyyətinin bərpa olunacağı vaxt açıqlanıb
"Telegram"da nasazlıq müşahidə olunur
AMB ötən ay ən çox şikayət olunan bankların adını açıqlayıb - Siyahı
"Kartdan karta" işləyən 400-dən çox sahibkara maliyyə sanksiyası tətbiq edilib
Azərbaycanda bu il emal olunan neftin həcmi açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
