Məktəblərdə 6 şagirdə 1 kompüter düşür
sizinxeber.az xəbər saytı

Məktəblərdə 6 şagirdə 1 kompüter düşür


Azərbaycanda məktəblərdə kompüterlə təminat sahəsində son illər ciddi irəliləyiş əldə olunub.

Sizinxeber.Az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov "İctimai proseslər media müstəvisində" mövzusunda III Forumun açılış mərasimində deyib.

“Hazırda ölkədə orta hesabla 6 şagirdə 1 kompüter düşür. Bu göstəricinin gələcəkdə daha da yaxşılaşdırılması və əsas hədəf kimi “1 şagird – 1 kompüter” nisbətinə nail olunması nəzərdə tutulur.

2000-ci illərin əvvəllərində vəziyyət xeyli fərqli idi. Həmin dövrdə 1062 şagirdə cəmi 1 kompüter düşürdü.

Eyni zamanda, rəqəmsal bacarıqların artırılması istiqamətində həyata keçirilən layihələr də geniş əhatə dairəsinə malikdir. Hazırda 530 min şagird “Rəqəmsal bacarıqlar” layihəsində iştirak edir”, - o bildirib.

Oxşar xəbərlər

Nazir müavini: Azərbaycanda təhsilin rəqəmsallaşması prosesi sürətlə aparılır
Nazir: Ölkədə hazırda hər 9 şagirdə 1 kompüter düşür
Naxçıvanda məktəblərə 4300 kompüter veriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər