Yalnız onlar maliyyə icarəsi xidməti göstərə biləcək
sizinxeber.az xəbər saytı

Yalnız onlar maliyyə icarəsi xidməti göstərə biləcək


Azərbaycanda maliyyə icarəsi fəaliyyəti ilə yalnız hüquqi şəxslər məşğul ola biləcəklər.

Sizinxeber.Az Teleqraf-a istinadla xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Toğrul Əliyev "Maliyyə icarəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, layihədə maliyyə icarəsi verənlərin AMB vasitəsilə prudensial tənzimlənməsi və nəzarətlə bağlı çərçivə təklif edilib:

"Maliyyə icarəsi xidməti göstərən hüquqi şəxslər AMB-nin yaradacağı reyestrə daxil ediləcəklər. Qanun qəbul edildikdən sonra adında "maliyyə icarəsi", "maliyyə lizinqi", "lizinq" sözləri olan təşkilatların qeyri-qanuni bu adlardan istifadəsi istisna ediləcək (tənzimlənəcək). ​Həmçinin məlumatların ən azı bir kredit bürosuna təqdim edilməsi tələbi təsbit olunub. Bu, maliyyə bazarında informasiya asimmetriyasını aradan qaldırmağa, borc yükünün düzgün müəyyənləşdirilməsinə və kredit əlçatanlığının yaxşılaşdırılmasına xidmət edəcək.​ İcarəyəverənin mühasibat uçotu aparması və maliyyə hesabatlarını tərtib etməsi "Mühasibat uçotu haqqında" qanunla tənzimlənəcək. İllik maliyyə hesabatları auditor rəyi ilə birlikdə AMB-yə təqdim edilməlidir".

Oxşar xəbərlər

Azərbaycanda fiziki şəxslər maliyyə icarəsi xidməti göstərə bilməyəcək
Azərbaycanda fiziki şəxslər maliyyə icarəsi xidməti göstərə bilməyəcək - YENİLƏNİB
AMB: Lizinq şirkəti kimi qeydiyyatda olan hüquqi şəxslərin 5-10 %-i maliyyə icarəsi xidməti göstərir
Ölkədə yeni dövlət rüsumu müəyyən edilir
AMB: Növbəti dəstək tədbirləri ilə lizinq sahəsinin inkişafını hədəfləyirik

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər