Bakıda 29 yaşlı oğlanı ürəyindən bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB
DİN-in Mətbuat Xidmətindən hadisə ilə bağlı APA-ya bildirilib ki, Xəzər rayonu Yeni Qala qəsəbəsi ərazisində 1995-ci il təvəllüdlü Fərrux Babayevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.
Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törədən 1987-ci il təvəllüdlü Ehtiram Cavadov saxlanılaraq istintaqa təqdim edilib.
Araşdırmalar davam etdirilir.
***
21:33
Bakının Xəzər rayonunda dava zamanı 29 yaşlı oğlan ürəyindən bıçaqlanıb.
APA xəbər verir ki, hadisə Şüvəlan qəsəbəsində qeydə alınıb.
Belə ki, 1995-ci il təvəllüdlü Babayev Fərrux Ayaz oğlu tanımadığı şəxslə dava zamanı ürəyindən bıçaqlanıb.
Yaralı təcili 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına çatdırılıb.
Onun vəziyyəti ağır olduğu üçün F. Babayev Sabunçu Tibb Mərkəzinə göndərilib. Tibb Mərkəzinin həkimləri onu təxminən 2 saat müddətində əməliyyat edib.
Bundan sonra F. Babayev reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti orta ağır kimi qiymətləndirilir.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.
Oxşar xəbərlər
Bakıda 29 yaşlı oğlan ürəyindən bıçaqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yeni Qalada gənc oğlanı bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda ata uşaqlarını bıçaqlayıb öldürdükdən sonra intihar edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda ata bir azyaşlı uşağını öldürüb, digərini yaralayıb, sonra isə intihar edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şəmkirdə keçmiş arvadını, onun anasını və atasını bıçaqlayan şəxs tutulub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












