Bakıda ata uşaqlarını bıçaqlayıb öldürdükdən sonra intihar edib
sizinxeber.az xəbər saytı

Bakıda ata uşaqlarını bıçaqlayıb öldürdükdən sonra intihar edib


Bakının Xəzər rayonunda ata iki oğlunu bıçaqlayaraq onlardan birini öldürüb.

Sizinxeber.az xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.

1974-cü il təvəllüdlü Eyyubov Rza əvvəlcə oğlu 2014-cü il təvəllüdlü Əli Eyyubova çoxsaylı bıçaq xəsarəti vurub.

Ata daha sonra 4 yaşlı oğlu Teymur Eyyubova çoxsaylı bıçaq zərbəsi vurub. 10 yaşlı Əli hadisə yerində ölüb.

Ata bunu gördükdən sonra özünü bıçaqlayaraq öldürüb. 4 yaşlı Teymur Eyyubov Sabunçu Tibb Mərkəzinə çatdırılıb.

Həkimlər onu cərrahi əməliyyat edib. Vəziyyəti orta ağır kimi qiymətləndirilir.
Məsələ ilə bağlı Xəzər Rayon Prokurorluğunun əməkdaşları araşdırma aparır.

Oxşar xəbərlər

Bakıda avtomobil ana və 3 yaşlı oğlunu vurub, azyaşlı ölüb
Xaçmazda “Mercedes” mopedi vurub, sürücü ölüb
Bakıda avtomobil piyadanı vuraraq komatoz vəziyyətə salıb
Sumqayıtda küçədə 69 yaşlı kişinin meyiti tapılıb
Sumqayıtda müayinəyə gələn pasiyent növbədə ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər