Bakı və Sumqayıt şəhərlərində oğurluq edən 3 nəfər saxlanılıb
sizinxeber.az xəbər saytı

Bakı və Sumqayıt şəhərlərində oğurluq edən 3 nəfər saxlanılıb


Paytaxtın Qaradağ rayonu ərazisində yerləşən ticarət mərkəzlərinin birindən 550 manat dəyərində məişət əşyaları oğurlanıb.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 42 yaşlı Z. Mayılov müəyyən olunaraq saxlanılıb.

Bundan başqa, Sumqayıt şəhərində bir nəfərə məxsus “Mercedes” markalı avtomobildən 400, Nəsimi rayonunda isə bir şirkətin anbarından 720 manat oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 57 yaşlı Ə. Nəcəfov və 39 yaşlı F. Məmmədov da saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Mağazadan 20 min manat oğurlayan şəxs saxlanılıb
Avtomobillərdən oğurluq edənlər saxlanılıb
Yasamalda tikintidən 20 min manatlıq oğurluq edilib
Bakıda marketdən 12 600 manat oğurlanıb
Bakıda silsilə oğurluq edən şəxslər tutulub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle