Lerikdə itkin düşmüş 35 yaşlı kişini öldürməkdə şübhəli bilinən qazi saxlanılıb
sizinxeber.az xəbər saytı

Lerikdə itkin düşmüş 35 yaşlı kişini öldürməkdə şübhəli bilinən qazi saxlanılıb


Lerik rayonunda 3 gün öncə itkin düşən şəxsin meyiti tapılıb.

APA xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, meyiti tapılan şəxs öldürülübmüş.

İyunun 1-də Lerik rayonunda itkin düşən 35 yaşlı Şahin Şərifovun xüsusi amansızlığa məruz qalan, baş və bədənində güllə yarası olan meyiti rayonun Monidigah kəndinin ərazisində yerləşən çayın kənarında aşkarlanıb.

Polis və prokurorluq əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən Lerik rayon sakini, müharibə veteranı 34 yaşlı Elşən Ağayev saxlanılaraq həbs edilib.

Qazinin yaşadığı evdən cinayətdə istifadə olunan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 159 ədəd patron aşkarlanaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanan cinayət işinin istintaqı aparılır.

Oxşar xəbərlər

Lerikdə itkin düşən şəxsin meyiti tapılıb, saxlanılan var
Lerikdə itkin kimi axtarılan 35 yaşlı kişinin meyiti tapılıb - YENİLƏNİB
Bir ay əvvəl itkin düşən şəxsin meyiti Kür çayında tapılıb
İtkin kimi axtarılan kişi qətlə yetiriləndən sonra meyiti doğranaraq kollektora atılıb, arvadı saxlanılıb
Lerikdə meşəlik ərazidən avtomat silahlar tapılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər