Sabirabadda bir ailənin dörd üzvü yanğında ölüb, iki nəfər xilas edilib - YENİLƏNİB-1 » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
04 
in
2025
09:50

Sabirabadda bir ailənin dörd üzvü yanğında ölüb, iki nəfər xilas edilib - YENİLƏNİB-1

04 in, 2025
09:50
496

Sabirabadda bir ailənin dörd üzvü yanğında ölüb, iki nəfər xilas edilib - YENİLƏNİB-1

Sabirabad rayonu Muğangəncəli kəndində fərdi yaşayış evində baş vermiş yanğında bir ailənin dörd üzvü ölüb.

APA-nın yerli bürosu xəbər verir ki, yanğın nəticəsində 1989-cu il təvəllüdlü İmanov Tural Ağasəf oğlu, həyat yoldaşı 2002-ci il təvəllüdlü İmanova Şəfalı Rövşən qızı, övladları - 2020-ci il təvəllüdlü İmansoy Osmanbəy Tural oğlu və 2024-cü il təvəllüdlü İmansoy Esma Tural qızı vəfat edib.

Ev sahibi, 1956-cı il təvəllüdlü İmanova Bahar Niyaz qızı, onun oğlu, 1983-cu il təvəllüdlü İmanov Ruslan Ağasəf oğlu yanğından xilas olub.

Ümumi sahəsi 240 kv.m olan 6 otaqlı 2 mərtəbəli fərdi yaşayış evi yanar konstruksiyaları ilə birlikdə tam yanıb.

Yanğın digər sahələrə və tikililərə keçməyib. Yanğın yanğındöndürənlər tərəfindən söndürülüb.

Yanğının baş vermə səbəbi aydınlaşdırılır.

***

08.07

Sabirabad rayonunun Muğan Gəncəli kənd sakini, 1956-cı il təvəllüdlü İmanova Bahar Niyaz qızına məxsus, ümumi sahəsi 240 kv. metr olan fərdi yaşayış evi yanıb.

APA-nın yerli bürosunun məlumatına görə hadisə zamanı ev sahibinin oğlu, 1989-cu il təvəllüdlü İmanov Tural Ağasəf oğlu, gəlini, 2002-ci il təvəllüdlü İmanova Safalı Qorxmaz qızı, nəvələri, 2020-ci il təvəllüdlü İmansoy Osmanbəy Tural oğlu və 2024-cü il təvəllüdlü İmansoy Esma Tural qızı ölüb.

***

08:01

Fövqəladə Hallar Nazirliyinin qaynar telefon xəttinə Sabirabad rayonunun Muğan Gəncəli kəndində fərdi yaşayış evində yanğın olması barədə ilkin məlumat daxil olub.

Nazirlikdən APA-ya verilən məlumata əsasən məlumatla bağlı Nazirliyin müvafiq xilasetmə qüvvələri yanğın yerinə cəlb olunublar.

İlkin məlumata əsasən, yanğın ikimərtəbəli fərdi yaşayış evində baş verib. Yanğının kəşfiyyatı zamanı 4 nəfərin meyiti aşkar olunub.

Yanğın söndürülüb, ətrafda olan tikililər yanğından mühafizə olunub.

Əlavə məlumat veriləcək.

Bizimlə əlaqə saxlayın