Sabirabadda 4 nəfərin ölümünə səbəb olan yanğının ilkin səbəbi məlum olub - YENİLƏNİB-2 » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
04 
in
2025
09:30

Sabirabadda 4 nəfərin ölümünə səbəb olan yanğının ilkin səbəbi məlum olub - YENİLƏNİB-2

04 in, 2025
09:30
366

Sabirabadda 4 nəfərin ölümünə səbəb olan yanğının ilkin səbəbi məlum olub - YENİLƏNİB-2

Sabirabad rayonunun Muğan Gəncəli kəndində baş verən və ikisi körpə olmaqla 4 nəfərin ölümünə səbəb olan yanğının ilkin səbəbləri məlum olub.

“Sizinxeber.az”un əldə etdiyi xəbərə görə, yanğın gecə saatlarında evdə elektrik naqillərində olan qısaqapanmadan baş verib. Gecə saatları olduğundan evdə olan şəxslərin 4-ü də yuxuda olub.

FHN-in müvafiq xilasetmə qüvvələri yanğın yerinə cəlb olunublar və yanğın söndürülüb. Yanğının kəşfiyyatı zamanı məlum olub ki, ev İmanova Bahar Niyaz qızına məxsus olub. Evdə yanğın zamanı olan ev sahibinin oğlu Tural İmanov, gəlini Safalı İmanova və nəvələri- 2020-ci il təvəllüdlü Osmanbəy İmansoy və 2024-cü il təvəllüdlü Esma İmansoy yanaraq ölüb.

Hazırda faktla bağlı Fövqəladə Hallar Nazirliyinin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

08:21

Sabirabad rayonunun Muğan Gəncəli kəndində fərdi yaşayış evində yanğın zamanı ölənlərin şəxsiyyəti məlum olub.

"Sizinxeber.az"un Aran bürosunun məlumatına görə, bunlar Muğan Gəncəli kənd sakinləri; 1989-cu il təvəllüdlü İmanov Tural Ağasəf oğlu, 2002-ci il təvəllüdlü İmanov Safalı Qorxmaz qızı, 2020-ci il təvəllüdlü İmansoy Osman bəy Tural oğlu və 2024-cü il təvəllüdlü İmansoy Esma Tural qızıdır.

Faktla bağlı araşdırma aparılır.

07:23

Fövqəladə Hallar Nazirliyinin (FHN) qaynar telefon xəttinə Sabirabad rayonunun Muğan Gəncəli kəndində fərdi yaşayış evində yanğın olması barədə ilkin məlumat daxil olub.

Bu barədə "Sizinxeber.az"a FHN-dən bildirilib.

Məlumatla əlaqədar FHN-in müvafiq xilasetmə qüvvələri yanğın yerinə cəlb olunublar.

İlkin məlumata əsasən, yanğın ikimərtəbəli fərdi yaşayış evində baş verib. Yanğının kəşfiyyatı zamanı 4 nəfərin meyiti aşkar olunub.

Yanğın söndürülüb, ətrafda olan tikililər yanğından mühafizə olunub.

Əlavə məlumat veriləcək.

Anar Tağıyev

Bizimlə əlaqə saxlayın