Balakəndə ev yanıb, 31 yaşlı qadın xəsarət alıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Balakəndə ev yanıb, 31 yaşlı qadın xəsarət alıb - YENİLƏNİB


Balakəndə baş verən yanğın zamanı ev sahibi xəsarət alıb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, Balakən rayonu Hənifə kəndində yanan ev 1987-ci il təvəllüdlü Məcid Qüdrət oğlu Məmmədova məxsusdur. Yanğın zamanı onun həyat yoldaşı 1994-cü il təvəllüdlü Dilarə Rüfət qızı Məmmədova yanıq xəsarətləri alıb.

***

15.47

Balakən rayonunun Hənifə kəndində yanğın olub.

APA xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Məlumata görə, ümumi sahəsi 40 m² olan birmərtəbəli 1 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər

Balakəndə ev yanıb, 1 nəfər xəsarət alıb
Sabirabadda və Göyçayda ev yanıb
Balakəndə ev yanıb, bir nəfər yanıq xəsarəti alıb
Samuxda ev yanıb, 1 nəfər xəsarət alıb
Beyləqanda evdə yanğın olub, 1 nəfər xəsarət alıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər