Göygöl sakininin xəsarət almasının təfərruatları məlum olub - YENİLƏNİB
Göygöl sakininin kürək nahiyyəsindən xəsarət almasının bəzi təfərruatları məlum olub.
APA-nın yerli bürosunun məlumatına görə, Göygöl rayonunun Qırıxlı kənd sakini, 1970-ci il təvəllüdlü M.Mehdili Gəncə şəhər ərazisində ehtiyatsızlıqdan su çənindən yıxılan zaman kürək nahiyəsinin kəsilməsi nəticəsində xəsarət alıb.
Xəsarət alan şəxsin müalicəsi xəstəxanada davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
***
08.13
Göygöl rayon sakininə kəsici alətlə xəsarət yetirilib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, rayon sakini 1970-ci il təvəllüdlü M. Mehdili kürək nahiyəsinin kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
Dərhal həmin şəxsə yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Onun hansı səbəbdən xəsarət alması hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Göygöl sakininə kəsici alətlə xəsarət yetirilib
Tovuzda yol qəzası olub, 7 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB
Gəncədə 34 yaşlı kişiyə kəsici alətlə xəsarət yetirilib
Göygöldə ağır yol qəzasında ölən və xəsarət alanların kimliyi məlum olub olub - YENİLƏNİB
Göygöldə ağır yol qəzasında ölən və xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













