28
may
2025
09:00

yuxarı
Ağstafada 59 yaşlı kişini avtomobil vurub

Ağstafada 59 yaşlı kişini avtomobil vurub
Ağstafa rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, qəza rayonun Poylu qəsəbəsi ərazisində qeydə alınıb.
Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1966-cı il təvəllüdlü Oktay Məmmədovu vurub.
Yaralı dərhal xəstəxanaya çatdırılıb və həkimlər onun vəziyyətinin ağır olduğunu bildirirlər.
Faktla bağlı araşdırma aparılır.