Şəmkirdə 58 yaşlı kişi aldığı yanıq xəsarətlərindən ölüb - YENİLƏNİB » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
27 
may
2025
12:50

Şəmkirdə 58 yaşlı kişi aldığı yanıq xəsarətlərindən ölüb - YENİLƏNİB

27 may, 2025
12:50
435

Şəmkirdə 58 yaşlı kişi aldığı yanıq xəsarətlərindən ölüb - YENİLƏNİB

Mayın 26-da saat 09:50 radələrində 1967-ci il təvəllüdlü şəxs ( kişi cinsi) bədən səthinin 60-70 % sahəsinin II-III dərəcəli ağır dərin termiki yanığı, II-III dərəcəli travmatik şok diaqnozları ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Sizinxeber.az-ya TƏBİB-dən bildirilib.

"Göstərilən reanimasiya tədbirlərinə baxmayaraq, vəziyyəti ağır qiymətləndirilən şəxsin mayın 27-də saat 02:00 radələrində ölüm faktı qeydə alınıb", məlumatda deyilir.

***

12.07

Şəmkir sakini ehtiyatsızlıqdan yanıq xəsarəti alaraq ölüb.

Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, hadisə Şəmkir şəhəri Səməd Vurğun küçəsində qeydə alınıb. 1967-cı il təvəllüdlü Namiq Qurbanovun ocağa benzin tökən zaman yanıq xəsarətləri aldığı bildirilir.

O, xəstəxanaya yerləşdirilib və orada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın