Əfv sərəncamı 7 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
26 
may
2025
17:00

Əfv sərəncamı 7 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub

26 may, 2025
17:00
386

Əfv sərəncamı 7 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 7 saylı məntəqə tipli Cəzaçəkmə Müəssisəsində icra olunub.

“Report”un məlumatına görə, bu cəzaçəkmə müəssisəsində sərəncam ümumilikdə 29 nəfərə şamil olunub.

Onlardan 27 nəfəri cəzadan azad olunub, 2 nəfərin cəzası isə azaldılıb

Qeyd edək ki, Prezident İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 175 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.

Sərəncama əsasən, 25 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzası şərti tətbiq edilmiş 1 nəfər, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzalarının çəkilməsi təxirə salınmış 2 nəfər cəzadan azad edilib.

Bundan başqa, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 10 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 2 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, islah işləri cəzasına məhkum edilmiş 4 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 1 nəfər cəzadan azad edilib

Bizimlə əlaqə saxlayın