Əfv sərəncamı 6 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub - VİDEO - FOTO » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
26 
may
2025
16:00

Əfv sərəncamı 6 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub - VİDEO - FOTO

26 may, 2025
16:00
796

Əfv sərəncamı 6 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub - VİDEO - FOTO

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam Ədliyyə Nazirliyi Penitensiar xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub.

Sizinxeber.az xəbər verir ki, əfv sərəncamı cəzaçəkmə müəssisəsində cəza çəkənlərdən ümumilikdə 6 nəfərə şamil olunub.

Əfv edilən məhkumkardan 5-i Azərbaycan Respublikasının vətəndaşı, 1-i isə Pakistan vətəndaşıdır.

Tədbirdə Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Orxan Qasımov, Ədliyyə Nazirliyinin mətbuat xidmətinin rəisi Ləman Hüseynzadə, Milli Məclisin deputatları Bəhruz Məmmədov, Hikmət Babaoğlu da iştirak edib.

Bizimlə əlaqə saxlayın