Xocasəndə yanğının yayılmasının qarşısı alınıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Xocasəndə yanğının yayılmasının qarşısı alınıb - YENİLƏNİB


Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində taxta sexinin ərazisində yanğın baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

FHN-in Mətbuat xidmətindən Sizinxeber.az-ya verilən məlumata görə, yanğından mühafizə bölmələrinin operativ müdaxiləsi sayəsində yanğının yayılmasının qarşısı alınıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.

***

17.06

Xocasəndə taxta yeşiklər yığılan ərazi yanır.

FHN-dən Sizinxeber.az-ya verilən məlumata görə, “112" qaynar telefon xəttinə Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən taxta yeşiklər yığılmış ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Oxşar xəbərlər

Xocəsəndə taxta yeşiklər yığılmış ərazi yanır
Bakıda "Neolit" restoranı yanır - YENİLƏNİB-1 - VİDEO
Binəqədidə sexdə yanğın olub - YENİLƏNİB-1
Binəqədidə sexdə yanğın olub - YENİLƏNİB-1 - FOTO - VİDEO
Binəqədidə obyektdə yanğının ətrafa yayılmasının qarşısı alınıb - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər