Güclü külək Bakıda ağacı avtomobillərin üzərinə aşırıb
sizinxeber.az xəbər saytı

Güclü külək Bakıda ağacı avtomobillərin üzərinə aşırıb


Bakının Nəsimi rayonunun 28 may küçəsində güclü külək ağacı avtomobillərin üzərinə aşırıb.

"Report" xəbər verir ki, hadisə nəticəsində hərəkətdə olan iki avtomobilə ziyan dəyib.

Xəsarət alan olmasa da, yolda avtomobillərin hərəkəti məhdudlaşıb.

Qeyd edək ki, bu gündən başlayan küləkli hava şəraiti mayın 17-dək davam edəcək.

Oxşar xəbərlər

Bakda külək ağacı aşırıb
Naxçıvanda külək irigövdəli ağacı yola aşırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər