FHN: Ötən sutka 42 yanğına çıxış olub, 7 nəfər xilas edilib
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN-in Mətbuat xidmətindən Sizinxeber.az-ya verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 42 yanğına çıxış və 7 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 7 nəfər xilas edilib, 1 nəfərin meyiti bağlı qapı arxasında aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.
Oxşar xəbərlər
FHN: Ötən sutka 21 yanğına çıxış olub, 4 nəfər xilas edilib
FHN: Ötən sutka 48 yanğına çıxış olub, 10 nəfər xilas edilib
Liftdə köməksiz qalan 1 nəfər xilas edilib
Bakıda mənzildə köməksiz vəziyyətdə qalan 3 nəfər xilas edilib
Bakıda evdə meyit tapılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













