Biləcəridə taksidə mübahisə bıçaqlanma ilə nəticələnib, ictimai fəal Əhməd Məmmədli saxlanılıb
Biləcəridə mübahisə bıçaqlanma ilə nəticələnib.
APA-nın məlumatına görə, mayın 6-da saat 22 radələrində 1988-ci il təvəllüdlü Dünyamalıyev Vüqar Rasim oğluna Bilcəri qəsəbəsi R.İsmayılov küçəsində qarın boşluğundan bıçaqla xəsarətlər yetirilib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin 2001-ci il təvəllüdlü, Cəlilabad rayonunda anadan olmuş Məmmədli Əhməd Vüqar oğlu olduğu müəyyən edilib və o, saxlanılıb.
Faktla bağlı Binəqədi Rayion Polis İdarəsində Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.
İlkin məlumata görə, hadisəyə taksidə yer üstündə mübahisə səbəb olub.
Saxlanılan Əhməd Məmmədli ictimai fəaldır.
Oxşar xəbərlər
Biləcəridə taksidə mübahisə bıçaqlanma ilə nəticələnib
Maştağada qadın qətlə yetirilib, ögey oğlu saxlanılıb
Bərdədə qadın "TikTok"da mübahisə etdiyi şəxslə görüşərək, onu bıçaqlayıb - YENİLƏNİB
Naxçıvanda 49 yaşlı kişi qətlə yetirilib
Bakı sakini qətlə yetirilib, arvadı saxlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













