Bərdədə qadın "TikTok"da mübahisə etdiyi şəxslə görüşərək, onu bıçaqlayıb - YENİLƏNİB
Xəbər verdiyimiz kimi, Bərdə rayonunda qadın sosial şəbəkədə mübahisə etdiyi şəxslə görüşərək, onu bıçaqlayıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-ya verilən məlumata görə, əməli törətməkdə şübhəli bilinən 1992-ci il təvəllüdlü Tünzalə Hüseynova polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.
***
21:04
Bərdə rayonunda qadın sosial şəbəkədə mübahisə etdiyi şəxslə görüşərək, onu bıçaqlayıb.
APA-nın yerli müxbirinin məlumatına görə, 1992-ci il təvəllüdlü Tünzalə Hüseynova "TikTok" sosial platformasında yaranmış mübahisə zəminində 1992-ci il təvəllüdlü Ceyhun Zeynalovla görüşüb və ona bıçaqla xəsarət yetirib.
Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Tünzalə Hüseynova polis əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata görə, xəsarət alan şəxs Vətən müharibəsi iştirakçısıdır.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bərdədə qadın "TikTok"da mübahisə etdiyi şəxslə görüşərək, onu bıçaqlayıb
Bərdədə qardaşı arvadını qətlə yetirən şəxs saxlanılıb - YENİLƏNİB
Bərdədə 22 yaşlı gəncin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb - YENİLƏNİB-1
Bərdədə 22 yaşlı gəncin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb - FOTO - YENİLƏNİB-1
Mingəçevirdə bıçaqlanan 26 yaşlı gəncin xəstəxanada ölməsi faktı ilə bağlı cinayət işi başlanıb - YENİLƏNİB-1
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













