Ermənistan silahlı qüvvələrinin Ballıqayada törətdiyi qətliamla bağlı protokollar məhkəmədə tədqiq edilib
sizinxeber.az xəbər saytı

Ermənistan silahlı qüvvələrinin Ballıqayada törətdiyi qətliamla bağlı protokollar məhkəmədə tədqiq edilib


Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində 1992-ci il avqustun 28-də Goranboy rayonunun Ballıqaya kəndində törədilmiş qətliam faktı ilə bağlı protokollar elan və tədqiq edilib.

Goranboyun Ballıqaya kəndində 24 nəfər qətlə yetirilib, 9 nəfər yaralanıb

Sizinxeber.az xəbər verir ki, sənədlərə əsasən, Laçın rayonu işğal edildikdən sonra müvəqqəti olaraq Goranboy rayonunun Ballıqaya kəndində yerləşən, Gülüstan meşəliyinin kənarında alaçıqlarda məskunlaşmış, Laçın rayonunun Nağdalı kənd sakinləri 1992-ci il avqustun 28-də gecə saat təxminən 05 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən odlu silahlardan ümumi təhlükəli üsulla atəşə tutulub, nəticədə 24 nəfər qətlə yetirilib, 9 nəfər yaralanıb.

Qətliam zamanı həlak olmuş şəxslərdən 7-si 18 yaşınadək, 4-ü 60 yaşdan yuxarı şəxslər, ümumilikdə, 13-ü qadın cinsinə, 11-i isə kişi cinsinə aiddir.

Hadisə yerinə baxış keçirilməsi haqqında protokolda nələr qeyd olunub?

Hadisə yerinə baxış keçirilməsi haqqında protokola əsasən müəyyən edilib ki, Laçın rayonundan məcburi köçkün düşmüş şəxslər Ballıqaya kəndinin dağlıq hissəsində “fin evi” adlanan tikilidə və 4 alaçıqda məskunlaşıblar. Onlar həmin gecə təxminən 9 nəfər erməni hərbçisi tərəfindən ümumi təhlükəli üsulla odlu silahlardan atılmış atəşlər nəticəsində öldürülüb, daha sonra yaşadıqları alaçıqlar od vurulmaqla yandırılıb. “Fin evi” adlanan tikili tamamilə yanıb, içərisindən bir qadın və 6 uşaq meyiti, 1-ci alaçıqdan 6 meyit, 2-ci alaçıqdan 4 meyit, 3-cü alaçıqdan 1 yaralı uşaq, 2 meyit, 4-cü alaçıqdan 2 meyit və 2 yaralı uşaq, “Belarus” markalı traktorun yaxınlığında 3 meyit aşkalanıb.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi mayın 8-də davam etdiriləcək.

Oxşar xəbərlər

Baş Prokurorluq: Ballıqaya qətliamı ilə bağlı zərərçəkmişlərin hüquqi varisləri dindirilib, ibtidai istintaq davam etdirilir
Ermənilər tərəfindən törədilən Ballıqaya qətliamının ildönümüdür
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 4 il ötür
Ballıqaya qətliamından 32 il ötür
Məhkəmədə Laçının Ermənistan tərəfindən işğalı ilə bağlı videomaterial nümayiş etdirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle