Abşeronda kişi arvadını pəncərədən atdı - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Abşeronda kişi arvadını pəncərədən atdı - YENİLƏNİB




DİN-in mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, bu gün səhər saatlarında Abşeron rayonu Gənclər şəhərciyində 2002-ci il təvəllüdlü A.Kazımovanın yaşadığı mənzilin eyvanından yerə düşməsi və aldığı xəsarətlər nəticəsində ölməsi barədə polisə məlumat daxil olub.

Aparılan araşdırmalar zamanı A.Kazımovanın həyat yoldaşı 2002-ci il təvəllüdlü Hüseyn Kazımov tərəfindən qısqanclıq zəminində aralarında yaranan mübahisə zamanı qəsdən mənzilin eyvanından yerə atıldığı müəyyən edilib. H.Kazımov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalar aparılır.

***

12:36

Qəsdən adam öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub.

BAKU.WS xəbər verir ki, iyulun 23-ü saat 07 radələrində 2002-ci il təvəllüdlü Ayşən Kazımovanın Abşeron rayonu Xırdalan şəhəri ərazisində hündürmərtəbəli binadan yıxılması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 2002-ci il təvəllüdlü Hüseyn Kazımovun aralarında yaranmış mübahisə zamanı arvadı Ayşən Kazımovanı yaşadıqları mənzilin pəncərəsindən yerə atması nəticəsində sonuncunun çoxsaylı bədən xəsarətləri almasına əsaslı şübhələr müəyyən edilib.

Ayşən Kazımova xəstəxanaya yerləşdirilib, vəziyyəti hazırda ağır qiymətləndirilir.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Hüseyn Kazımov iş üzrə şübhəli şəxs qismində tutulub.

Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

BAKU.WS

Oxşar xəbərlər

Xırdalanda çoxmərtəbəli binanın pəncərəsindən atıldığı bildirilən qadın ölüb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xırdalanda arvadını evin pəncərəsindən atıb öldürən şəxs tutulub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xırdalanda qadın evin pəncərəsindən yerə atılaraq ölüb, əri tutulub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qəsdən adam öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qobustanda ər arvadını öldürməkdə şübhəli bilinir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər