“20 Yanvar” dairəsində maşınların hərəkət yoluna çıxaraq təhlükə yaradan şəxs müəyyən olunub
Paytaxtın Yasamal rayonu ərazisində - “20 Yanvar” dairəsində nəqliyyat vasitələrinin hərəkət yoluna çıxaraq təhlükə yaradan şəxs müəyyən olunub.
Bu barədə "Sizinxeber.az"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 1988-ci il təvəllüdlü Quliyev Ruslan Eldar oğlu saxlanılıb.
"Əvvəllər oğurluq, soyğunçuluq və dələduzluq maddələri ilə məhkum olunan şəxsin narkoloji vəziyyəti nəzərə alınaraq barəsində məsuliyyət tədbiri görülür.
Bir daha sürücülərin diqqətinə çatdırırıq ki, hüquqazidd əməllərə məruz qaldıqda və ya rastlaşdıqda dərhal polisə məlumat verilməlidir",- deyə DİN-in məlumatında qeyd olunub.
Oxşar xəbərlər
“20 Yanvar” dairəsində yola çıxaraq təhlükə yaradan şəxs müəyyən olunub
Elşad Hacıyev: Özünü qəsdən maşınların altına atan şəxslə bağlı tədbirlər görülür
Bakıda evlərdən 15 min manatlıq oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Sabunçuda kəsici alətlə evə hücum edən şəxs saxlanılıb
Bakıda narkotikin təsiri altında qadının çantasını ələ keçirib qaçan şəxs saxlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













