Elşad Hacıyev: Özünü qəsdən maşınların altına atan şəxslə bağlı tədbirlər görülür
sizinxeber.az xəbər saytı

Elşad Hacıyev: Özünü qəsdən maşınların altına atan şəxslə bağlı tədbirlər görülür


Avtomobil yoluna çıxaraq sürücüləri qorxutmaqla, qəsdən həyat və sağlamlığına təhlükə yarandığını iddia etməklə hansısa formada qanunsuz maddi imtiyaz tələb edən şəxslərin hərəkətləri ilə bağlı tədbirlər görülür.

"Sizinxeber.az" xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev məlumat yayıb.

DİN sözçüsü qeyd edib ki, sürücülər belə halla rastlaşdıqda dərhal polisə məlumat verillməlidir:

"Əsassız olaraq hansısa şəxsin ictimai təhlükəli əməllərinə biganə yanaşılmamalıdır. Bir hadisənin gizlədilməsi, yaxud hansısa danışığa gedilməsi başqalarını da eyni hədəyə məruz qoya bilər".

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan görüntülərdə Bakının Yasamal rayonu ərazisində - “20 Yanvar” dairəsi kimi tanınan yerdə gənc oğlan özünü qəsdən nəqliyyat vastələrinin altına atır.

Oxşar xəbərlər

Daxili İşlər Nazirliyi silahlarla bağlı vətəndaşlara müraciət edib
Sumqayıtda qadını fotoları ilə şantaj edən şəxs tutulub
DİN: Sosial şəbəkələrdə “İtirilmiş bağlamalar” adı ilə paylaşımlar yalandır
DİN: Başqalarının itirdiyi, unutduğu bank kartlarından istifadə qadağandır
DİN-dən xəbərdarlıq: Kibercinayətkarlar yeni üsullarla oğurluqlara başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle