Xocalı soyqırımı ilə bağlı 210 nəfər itkin düşmüş kimi qeydiyyata alınıb
sizinxeber.az xəbər saytı

Xocalı soyqırımı ilə bağlı 210 nəfər itkin düşmüş kimi qeydiyyata alınıb


Bu günə olan məlumata əsasən, Xocalı soyqırımı ilə bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 210 nəfər qeydiyyata alınıb.

"Sizinxeber.az" xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

O bildirib ki, Əsgəran-Xocalı yolunda aşkarlanan meyit qalıqları ilə laboratoriyada eyniləşdirmə işləri aparılacaq:

"Bu günə olan məlumata görə, Xocalı soyqırımı ilə bağlı Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi 210 nəfər qeydiyyata alınıb. Onların 38-i uşaq, 42 nəfəri hərbçi, digərləri isə mülki şəxslərdir. Ötən il Xocalıda aşkarlanan 18 nəfərdən 10-nun meyitinin qalıqları ailəsinə təhvil verilib. Digərləri ilə bağlı eyniləşdirmə prosesi davam edir. Bu, Xocalıda aşkarlanan 3-cü kütləvi məzarlıqdır. Bu məzarlıqlar müvafiq qurumlar tərəfindən qeydiyyata alınaraq sənədləşdirilir".

Oxşar xəbərlər

Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 3990 itkin düşmüş şəxs qeydiyyata alınıb
Azərbaycanlı əsirlər işgəncələrə məruz qoyulub - Eldar Səmədov
Eldar Səmədov: Xocalıda aşkarlanan meyit qalıqlarında işgəncə izlərinə rast gəlinir
Xocalıda itkin düşmüş şəxslərə aid ehtimal edilən məzar yerlərində qazıntı və ekshumasiya işləri aparılacaq - RƏSMİ
Dövlət Komissiyası: Xocalıda yeddi itkin mülki şəxsə aid meyit qalıqları tapılıb 

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle