
Masallıda iki məktəbli qızın rəfiqələrini döymələri faktı ilə bağlı araşdırma aparılır - YENİLƏNİB

Masallıda iki məktəbli qızın rəfiqələrini döymələri faktı ilə bağlı araşdırma aparılır - YENİLƏNİB
Masallıda məktəbdə şagirdin döyülməsi ilə bağlı təhqiqat araşdırması aparılır.
Bu barədə Sizinxeber.az-nın cənub bürosunun sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.
"Hazırda məsələ ilə bağlı Masallı Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır", - məlumatda qeyd edilib.
***
00:19
Masallıda şagirdlər arasında insident yaşanıb.
Sizinxeber.az-nın cənub bürosunun verdiyi xəbərə görə hadisə rayonun Şərəfə kənd məktəbində baş verib.
Belə ki, həmin məktəbdə təhsil alan şagirdlər (qızlar), Şərəfə kənd sakini 2009-cu il təvəllüdlü məktəblini döyərək, onun bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetiriblər. Xəsarət alan şəxs dərhal rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.
Xəstəxanadan Sizinxeber.az-nın sorğusuna cavab olaraq bildirilib ki, Masallı Rayon Şərəfə kənd sakini 2009-cu il təvəllüdlü şəxs (qadın cinsli) Masallı Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Sol bud və kürək nahiyəsinin əziyi diaqnozu təyin edilən şəxsə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.