Masallıda iki maşın toqquşub, bir nəfər ölüb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Masallıda iki maşın toqquşub, bir nəfər ölüb - YENİLƏNİB


Masallıda baş verən qəzada piyada ölüb.

APA-nın cənub bürosunun sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, martın 24-də saat 16 radələrində Masallı rayonunun Ərkivan qəsəbəsi ərazisində Ə.İsayevin idarə etdiyi "Opel" markalı avtomobillə M.Kişiyevin idarə etdiyi "Toyota" markalı avtomobil toqquşub.

Sürücünün idarəetməni itirməsi nəticəsində "Toyota" markalı avtomobil yolun ehtiyat hissəsi ilə hərəkət edən piyada 59 yaşlı Camal Ağayevi vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Araşdırma aparılır.

***
18:33

Masallıda yol qəzası olub.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Ərçivan-Bədəlan kənd yolunda baş verib. "Opel" markalı avtomobil idarəetmədən çıxaraq divara çırpılıb. Hadisə nəticəsində sürücü xəsarətlər alıb.

Sürücü deformasiyaya uğrayan maşından çıxarılıb və xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma gedir.

Oxşar xəbərlər

Masallıda maşın divara çırpılıb, 1 nəfər xəsarət alıb
​​​​​​​Masallıda baş verən qəzada piyada ölüb
Astarada avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB
Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb - FOTO
​​​​​​​Masallıda baş verən qəzada piyada ölüb - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle