Zabratda avtomobil təmiri sexində baş vermiş yanğın söndürülüb- YENİLƏNİB-1 - VİDEO
sizinxeber.az xəbər saytı

Zabratda avtomobil təmiri sexində baş vermiş yanğın söndürülüb- YENİLƏNİB-1 - VİDEO


Bakı şəhərinin Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən avtomobil təmiri sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində tam söndürülüb.

FHN-dən Sizinxeber.az-ya verilən xəbərə görə, yanğın nəticəsində ümumi sahəsi 400kv.m. olan ikimərtəbəli obyektin 1-ci mərtəbəsində ümumi sahəsi 60 kv.m. olan avtomobil təmiri sexinin yanar konstruksiyaları, “BMW” markalı minik avtomobilinin yanar hissələri, bitişik ümumi sahəsi 20kv.m. olan birotaqlı evin və sahəsi 6 kv.m. olan yardımçı tikilinin tavanı ümumilikdə 12kv.m. sahədə, obyektin 2-ci mərtəbəsində yerləşən tikiş sexinin yanar konstruksiyaları 10kv.m. sahədə yanıb.

Obyektin, evin və yardımçı tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

***

17:42

Bakı şəhərinin Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən avtomobil təmiri sexində baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə məhdudlaşdırılıb.

FHN-in Mətbuat xidmətindən Sizinxeber.az-ya verilən məlumata görə, yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

17.27

Bakı şəhərinin Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində avtomobil təmiri sexində yanğın baş verib.

FHN-in Mətbuat xidmətindən Sizinxeber.az-ya verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Oxşar xəbərlər

Zabratda avtomobil təmiri sexində yanğın məhdudlaşdırılıb- YENİLƏNİB-1 - VİDEO
Novxanıda ev, qaraj və avtomobil yanıb
Gəncədə bir-birinə bitişik 4 ev yanıb
Gəncədə yanğın olub - VİDEO - FOTO
Zabratda yanacaqdoldurma məntəqəsi ərazisində təmir sexində yanğın olub - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle