Zabratda avtomobil təmiri sexindəki yanğın söndürülüb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Zabratda avtomobil təmiri sexindəki yanğın söndürülüb - YENİLƏNİB


Bakı şəhərinin Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən avtomobil təmiri sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində tam söndürülüb.

Bu barədə "Sizinxeber.az"a FHN-dən bildirilib.

Yanğın nəticəsində ümumi sahəsi 400kv.m. olan ikimərtəbəli obyektin 1-ci mərtəbəsində ümumi sahəsi 60 kv.m. olan avtomobil təmiri sexinin yanar konstruksiyaları, “BMW” markalı minik avtomobilinin yanar hissələri, bitişik ümumi sahəsi 20kv.m. olan birotaqlı evin və sahəsi 6 kv.m. olan yardımçı tikilinin tavanı ümumilikdə 12kv.m. sahədə, obyektin 2-ci mərtəbəsində yerləşən tikiş sexinin yanar konstruksiyaları 10kv.m. sahədə yanıb.

Obyektin, evin və yardımçı tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

17:28

Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində avtomobil təmiri sexi yanır. 

Bu barədə "Sizinxeber.az"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. 

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. 

Oxşar xəbərlər

Zabratda avtomobil təmiri sexində yanğın məhdudlaşdırılıb- YENİLƏNİB-1 - VİDEO
Zabratda avtomobil təmiri sexində baş vermiş yanğın söndürülüb- YENİLƏNİB-1 - VİDEO
Zabratda yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın olub
Zabratda avtomobil təmiri sexi yanır
Şamaxıda təmir sexi və avtomobil yanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle