Bakıda bir sıra abidələrin fasadlarında qanunsuz reklam lövhələrinin quraşdırılması halları aşkarlanıb
Bakıda bir sıra abidələrin fasadlarında qanunvericiliyin tələblərinə cavab verməyən reklam lövhələrinin quraşdırılması halları aşkarlanıb.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb.
Qeyd olunub ki, ADRA Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə paytaxt ərazisində apardığı yoxlamalar zamanı Bakı şəhərində bir sıra abidələrin fasadlarında 156 obyekt üzrə qanunvericiliyin tələblərinə cavab verməyən reklam lövhələrinin quraşdırılması halları aşkarlanıb.
Məlum olub ki, sözügedən reklam qurğuları “Reklam haqqında” qanunun və bu sahədə digər qanunvercilik aktlarının tələbləri pozulmaqla quraşdırılıb. İlkin mərhələdə qanunsuz quraşdırılan reklam qurğularının bir hissəsinin demontajı təmin edilib.
Xatırladaq ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunun 10-cu maddəsinə əsasən abidələrin bədii-estetik görünüşünü dəyişdirən və ya onlara təhlükə yarada biləcək istənilən müdaxilə qadağandır.
Oxşar xəbərlər
Bakıda “Rus Evi”nin yerləşdiyi binanın üzərində adın rus dilində yazılması ilə bağlı tədbirlər görüləcək - RƏSMİ
Dövlət Reklam Agentliyi auditor seçib
Dövlət Agentliyi: Qanunsuz reklam yayımına dair müraciətlərin sayı 35 % artıb
Pirallahıda avtomobil reklam lövhəsinə çırpılıb, sürücü ölüb
Reklam daşıyıcısı olan rəqəmsal platformalarda reklam şərtləri müəyyənləşir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













