Lənkəranda yol qəzası olub, ər-arvad xəsarət alıb - FOTO
sizinxeber.az xəbər saytı

Lənkəranda yol qəzası olub, ər-arvad xəsarət alıb - FOTO


Lənkəranda yol qəzası baş verib.

Sizinxeber.az-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə yeni Ələt-Astara magistralının 166-cı km-də, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. "Fiat Doblo" markalı minik avtomobili 1997-ci il təvəllüdlü Xəyyam Balayevin idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşub.

Qəza nəticəsində "Fiat Doblo"da olan Astara rayonunun Maşxan kənd sakinləri - 1980-cı il təvəllüdlü Şölə Novruzova və onun həyat yoldaşı 1971-ci il təvəllüdlü İltiqam Novruzov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Lənkəranda yol qəzası olub, xəsarət alanlar var - FOTO
Lənkəranda baş verən qəzada iki nəfər xəsarət alıb - FOTO
Lənkəranda iki minik avtomobili toqquşub, ər və arvad xəsarət alıb
Lənkəranda yol qəzası olub, xəsarət alanlar var
Lənkəranda baş verən qəzada xəsarət alanların sayı artıb - FOTO - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle