Məhkəmə Əvəz Zeynallını cəzadan azad edib
sizinxeber.az xəbər saytı

Məhkəmə Əvəz Zeynallını cəzadan azad edib


Nizami Rayon Məhkəməsi “Xural” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının xəstəliyə görə cəza çəkməkdən azad edilməsi barədə qərar verib.

APA xəbər verir ki, bu barədə onun vəkili Rəşad Əliyev məlumat yayıb.

Vəkil bildirib ki, məhkəmə xəstəliyi ilə bağlı onu cəzadan azad edib.

Əvəz Zeynallı məhkəməyə onlayn qoşulub. Onun cəzaçəkmə müəssisəsindən bu gün buraxılacağı bildirilir.

Qeyd edək ki, dünən Əvəz Zeynallının xəstəliyi ilə bağlı cəzasının qalan hissəsindən azad olunması ilə bağlı məhkəməyə edilən müraciətə baxılıb.

Nizami rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə keçirilən prosesdə məhkəmə Əvəz Zeynallının xəstəliyinin təsdiqi üçün işin tibbi şəhadətləndirilməyə göndərilməsi barədə qərar verib. Qərara əsasən, Ə. Zeynallı xəstəliyi ilə bağlı tibbi komissiyadan keçiriləcək. Qeyd olunub ki, tibbi şahadətləndirilmənin aparılması Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinə tapşırılacaq. Müayinə ixtisaslaşdırılmış ekspertlər tərəfindən aparılacaq. Şahadətləndirilmə 1 ay ərzində həyata keçiriləcək.

Proses qeyri-müəyyən vaxta təxirə salınmışdı.

Qeyd edək ki, bir qədər əvvəl Əvəz Zeynallıya xərçəng diaqnozu qoyulması barədə məlumat yayılıb. Bununla bağlı onun vaxtından əvvəl azadlığa buraxılması barədə müraciət olunub.

Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1-ci maddələri ilə ittiham olunan Əvəz Zeynallı Bakı Ağır Cinayətlər Məhkəməsin hökmünə əsasən, 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Ali Məhkəmə Əvəz Zeynallının şikayətini qismən təmin edərək cəzanı 2 ay azaldıb.

Oxşar xəbərlər

Əvəz Zeynallı cəzadan azad edilib
Əvəz Zeynallının xəstəliyi ilə bağlı iş tibbi şəhadətləndirilməyə göndərilib
Əvəz Zeynallının azadlığa buraxılması ilə bağlı vəsatət icraata götürülüb
Məhkəmə Əvəz Zeynallının azadlığa buraxılması ilə bağlı müraciətə gələn həftə baxacaq
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle