Əvəz Zeynallının xəstəliyi ilə bağlı iş tibbi şəhadətləndirilməyə göndərilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
24 
apr
2025
16:00

Əvəz Zeynallının xəstəliyi ilə bağlı iş tibbi şəhadətləndirilməyə göndərilib

24 apr, 2025
16:00
526

Əvəz Zeynallının xəstəliyi ilə bağlı iş tibbi şəhadətləndirilməyə göndərilib

“Xural” internet telekanalının həbsdə olan rəhbəri Əvəz Zeynallının səhhətinə görə həbsdən azad edilməsi ilə bağlı müraciətə baxılıb.

“Sizinxeber.az”un məlumatına görə, Nizami Rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə keçirilən prosesdə onun xəstəliyinin yoxlanılması üçün tibbi şəhədətləndirilməyə göndərilməsi ilə bağlı qərar qəbul edilib.

Xatırladaq ki, Əvəz Zeynallı ötən ilin fevral ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətə azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan şəxslər tərəfindən dələduzluq törətmək), 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə), 311.3.3-cü (rüşvət alma- təkrar və külli miqdarda törədildikdə), 311.3.4-cü (ağırlaşdırıcı hallarda rüşvət alma), 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1-ci (qabaqcadan əlbir olan şəxslər tərəfindən dələduzluq törətmək), 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) və digər maddələri ilə təqsirli bilinib.

Bizimlə əlaqə saxlayın