Gəncədə Vətən müharibəsi qazisi intihara cəhd edib - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Gəncədə Vətən müharibəsi qazisi intihara cəhd edib - YENİLƏNİB


24.05.2025-ci il tarixində saat 18:20 radələrində 2001-ci il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Sizinxeber.az xəbər verir ki, bu haqda TƏBİB-in açıqlamasında deyilir.

Dərman zəhərlənməsi diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir.

***

18:47

Gəncədə Vətən müharibəsi qazisi intihara cəhd edib.

Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, Goranboy rayonunun Borsunlu kənd sakini 2001-ci il təvəllüdlü Elmar Nəsirov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım edilib, vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, E.Nəsirov dərman içərək intihara cəhd edib. Onun hansı səbəbdən intihara cəhd etdiyi məlum deyil.

Qeyd edək ki, 2001-ci il təvəllüdlü Nəsirov Elmar Elmir oğlu 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. Füzuli-Xocavənd istiqamətlərində aparılan döyüşlərdə yaralanıb. “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib. O, YAŞAT Fondunun xətti ilə Türkiyədə müalicə edilib və 14 dəfə əməliyyat olunub.

Oxşar xəbərlər

Gəncədə Vətən müharibəsi qazisi intihara cəhd edib
Gəncədə zəhərlənən 5 nəfərin vəziyyəti açıqlanıb - YENİLƏNİB
Gəncədə bir ailənin üç üzvü dəm qazından zəhərlənib - YENİLƏNİB
Gəncədə 37 yaşlı kişi bıçaqlanıb, qohumu tutulub - YENİLƏNİB
Lənkəranda dəm qazından zəhərlənən 47 yaşlı kişinin vəziyyəti məlum olub - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle