Bakıda ağır qəza iki nəfərin həyatına son qoyub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
24 
apr
2025
00:50

Bakıda ağır qəza iki nəfərin həyatına son qoyub

24 apr, 2025
00:50
572

Bakıda ağır qəza iki nəfərin həyatına son qoyub

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sizinxeber.az xəbər verir ki, qəza Qaradağ rayonun Lökbatan qəsəbəsində qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli Sizinxeber.az-ya açıqlamasında bildirib ki, qəza nəticəsində iki minik avtomobili toqquşub və nəticədə iki sərnişin ölüb.

“Aprelin 23-də saat 17:50-də paytaxtın Qaradağ rayonu ərazisində “Lada” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində iki sərnişin aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır”, - o bildirib.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib ki, 23.04.2025-ci il tarixində saat 17:50 radələrində Qaradağ rayonu ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub. Təcili tibbi yardım briqadaları tərəfindən 6 nəfər (1-i uşaq olmaqla) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub.

Bizimlə əlaqə saxlayın