sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Ağcabədidə su kanalının sahilindən avtomat aşkarlanıb
Ağcabədi rayonunda Aşağı Avşar kəndi ərazisində su kanalının kənarından silah-sursat aşkarlanıb.
DİN Mətbuat Xidməti Bərdə regional qrupundan "Report"un Qarabağ bürosuna verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əraziyə keçirilən baxış zamanı 1 ədəd "Kalaşnikov" avtomatı, 25 ədəd patron və həmin silaha məxsus daraq götürülüb.
Bundan əlavə, Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakinləri müvafiq sənədləri olmayan 7 ədəd müxtəlif markalı ov tüfəngini polisə təhvil verib.
Oxşar xəbərlər
Ağcabədidə kanal kənarında avtomat tapılıb
Qəbələdə avtomat aşkarlanıb
Ələt-Astara yolunun kənarından avtomat tapılıb
Neftçala rayon sakinindən avtomat götürülüb
Şabranda 25 yaşlı şəxsdə xeyli sayda silah-sursat aşkarlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin










