sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Ələt-Astara yolunun kənarından avtomat tapılıb
Ələt-Astara yolunun kənarından "Kalaşnikov" avtomatı aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd "AK-74" markalı avtomat aşkarlanaraq götürülüb.
Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində isə rayon sakinlərindən könüllü olaraq təqdim edilən 9 ədəd müvafiq sənədləri olmayan ov silahı təhvil götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
Qəbələ polisindən əməliyyat: saxlanılanlar var
Ötən gün vətəndaşlardan 1 avtomat, 11 tüfəng götürülüb
Ötən gün vətəndaşlardan 2 tapança, 5 qumbara, 11 tüfəng götürülüb
Goranboyda pirotexniki vasitə satan şəxslər ƏLƏ KEÇİB
Daxili İşlər Nazirliyi silahlarla bağlı vətəndaşlara müraciət edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













