Qaçaqmalçılıqda təqsirləndirilən gömrük əməkdaşları barəsində qərar verilib
sizinxeber.az xəbər saytı

Qaçaqmalçılıqda təqsirləndirilən gömrük əməkdaşları barəsində qərar verilib


Dövlət Gömrük Komitəsinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxsləri - Malik Əliyev, Mehdi Mehrəliyev, Zaman Əbdurəhmanov və Ramin Məmmədzadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə qərar qəbul olunub.

Qərara əsasən, təqsirləndirilən Mehdi Mehrəliyev, Zaman Əbdurəhmanov, Ramin Məmmədzadə 25 min manat, Malik Əliyev isə 20 min manat məbləğində cərimə edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər 2023-cü il sentyabr ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin rəisi vəzifəsində işləmiş Malik Əliyev istintaq zamanı həbs edilsə də, məhkəmə zamanı onun həbsi ev dustaqlığı ilə əvəzlənib.

Cinayət işi üzrə təqsirləndirilən Malik Əliyev, Mehdi Mehrəliyev və Zaman Əbdurəhmanova Cinayət Məcəlləsinin 32.5, 206.1 (qaçaqmalçılığa köməklik etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və külli miqdarda rüşvət alma), Ramin Məmmədzadəyə isə həmin Məcəllənin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.

Oxşar xəbərlər

Külli miqdarda mənimsədə təqsirləndirilən sabiq məmurlar məhkəmə zalında həbs olunub
Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb
Torpaqların zəbt edilməsi və tikinti aparılmasına görə həbs edilən idarə rəisinin məhkəməsi keçirilib
KTN-in rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxsinin vəsatəti təmin edilməyib
Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədovun məhkəməsi başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle